Otaqlar
Otaq kateqoriyaları
Home Boutique Hotel fərdi qonaqlar, cütlüklər və ailələr üçün uyğun olan 7 rahat De-Luxe otağa malikdir.
Deluxe Single – De-Luxe kateqoriyasına aid, bir nəfərlik, əlavə geniş King-size çarpayısı olan otaqdır. Bir qonağın rahat qalması üçün nəzərdə tutulub.
Deluxe Twin/Double – De-Luxe kateqoriyasına aid iki nəfərlik otaqdır. Otaqda iki ayrı birnəfərlik çarpayı (Twin) və ya bir ədəd əlavə geniş King-size çarpayı (Double) seçimi mövcuddur.
Deluxe Family – Bir böyük Queen-size çarpayı və bir birnəfərlik çarpayı ilə təchiz olunmuş ailə otağıdır. Ailənin və ya kiçik qrup qonaqların rahat yerləşməsi üçün nəzərdə tutulub.